Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Minlərlə kanadalı tələbə cümə günü Monrealda yaşayış xərclərinin və təhsil haqlarının artmasına etiraz olaraq aksiya keçirib.

Teleqraf xəbər verir ki, Kanada universitetlərindən minlərlə tələbənin iştirak etdiyi aksiyaya “Tələbə İttifaqlarının Birliyi Uğrunda Müqavimət Koalisiyası” (Coalition de résistance pour l'unité étudiante syndicale, CRUES) həmkarlar ittifaqı rəhbərlik edib.

CTV News xəbər verir ki, Fransadakı etirazlardan ilhamlanan tələbələr beş gündür ki, Monreal küçələrinə çıxıblar. Etirazlar zamanı bəzi iştirakçılar Monrealın Dünya Ticarət Mərkəzinin pəncərələrini sındırıblar. Bəzi tələbələrin hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atmağa başlamasından sonra etirazçılarla polis arasında toqquşmalar olub. Həbs edilənlər var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью