Kanadada NATOya qarşı sərt etiraz aksiyaları keçirilib

23.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Kanadanın Monreal şəhəri NATO əleyhinə kütləvi etirazların məkanına çevrilib. Minlərlə nümayişçi şəhərdə 22-25 noyabr tarixlərində keçirilən NATO Parlament Assambleyasının 70-ci sessiyasına etiraz edərək küçələrə çıxıb.

Oxu.Az-ın newsinfo.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə çoxsaylı kadrlar yayılıb.

Bildirilir ki, etirazlar tezliklə hüquq-mühafizə orqanları ilə zorakı toqquşmalara çevrilib. Polis gözyaşardıcı qaz və güc metodları ilə cavab verib.

Saxlanılan və xəsarət alanların sayı barədə məlumat hələlik yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью