Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək

28.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.
APA xəbər verir ki, ümumilikdə seçki prosesində 16 siyasi partiya iştirak edəcək.
Səsvermənin nəticələrinə əsasən qalib gələn partiyanın lideri ölkənin 25-ci baş naziri olacaq.

Planlaşdırılmış parlament seçkiləri 2025-ci ilin oktyabrında keçirilməli idi. Lakin sabiq Baş nazir Castin Trüdo mart ayının əvvəlində həm hökumət başçısı, həm də hakim Liberal Partiyanın lideri vəzifələrindən istefa verdikdən sonra, onun varisi Mark Karni növbədənkənar seçkilərin aprelin 28-də keçiriləcəyini elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью