Kanadada özünü “kraliça” elan edən qadın saxlanıldı FOTO

04.09.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Kanadada özünü "kraliça" elan edən Romana Didulo və onun 15 tərəfdarı polis tərəfindən saxlanılıb. Əməliyyat Saskaçevan əyalətində, tərk edilmiş məktəbdə yerləşən "kraliça iqamətgahında" həyata keçirilib.

Milli.Az xəbər verir ki, operativ məlumatda odlu silahların ola biləcəyi bildirilsə də, yalnız dörd pnevmatik tapança aşkarlanıb. Didulo və tərəfdarları 24 saatlıq həbsdə saxlanılır, hələlik ittiham irəli sürülməyib.

Didulo sosial şəbəkələrdə sui-qəsd nəzəriyyələri yayır və 2022-ci ildə COVID-19 məhdudiyyətlərinə qarşı etirazlar zamanı özünü "Kanadanın mütləq monarxı" elan etmişdi. O, Filippində anadan olub və 1990-cı ildən Kanadada yaşayır.

Qeyd edək ki, Kanada rəsmən III Çarlz tərəfindən idarə olunur.

Asya
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью