Kanadada sərnişin təyyarəsi yandı

30.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


"Air Canada Express” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş şassisi problemi səbəbindən xeyli məsafəni sürüşüb və nəticədə yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə CNN şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə Yeni Şotlandiyadakı Halifax-Stenfield hava limanında baş verib. Təyyarədə 73 nəfər olub.

“Air Canada Express”in nümayəndəsinin sözlərinə görə, insidentə səbəb eniş şassilərində problemlər olub. Təyyarə terminala çata bilməyib, nəticədə sərnişinlər avtobusla hava limanına aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью