Kanadada təyyarə alovlandı VİDEO

29.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Kanadada qanadı uçuş-enmə zolağına çırpıldıqdan sonra təyyarə alovlanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

"Air Canada" təyyarəsi Halifax hava limanına məcburi eniş edib. Kabin içərisindən çəkilən görüntülərdə təyyarənin uçuş-enmə zolağından aşağı sürüşərək alovlandığı görünür.

Bildirilir ki, səbəb şassi ilə bağlı problemdir. İlkin məlumata görə, itki yoxdur və hamı vaxtında təxliyə edilib.

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью