Kanadada təyyarə qəzası baş verib

01.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kanadanın paytaxtı Ottavada hava limanı yaxınlığında təyyarə qəzası baş verib.

Bu barədə Oxu.Az "TGRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, kiçik təyyarə ağaclara çırpılıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb, iki nəfər yaralı halda xəstəxanaya çatdırılıb.

Ottava polisi bildirib ki, hava limanı yaxınlığında qəzaya görə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью