Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “2021-ci ildə Kanadaya gələndə mən də tamam başqa düşüncədə idim.
Amma illər keçdikcə hər şeyin əslində nə qədər fərqli olduğunu öz gözlərimlə gördüm”.
Bunu Gununsesi.info-ya açıqlamasında Kanadada yaşayan azərbaycanlı Vəli Quliyev deyib.
Onun sözlərinə görə, artıq bu ölkədə yaşamaq çətinləşir: “Bugün normal bir ailənin aylıq xərclərini qarşılaya bilməsi üçün ortalama 9,000 dollar qazanması lazımdır.
Çünki, ev kirayəsi – 2,300$ maşının varsa,krediti – 600$, sığortası isə – 500$ telefon və internet – 100$ market və gündəlik alış-veriş – 1,000$ kommunal xərclər – 300-400$ arası İş tapmaq isə əvvəlki kimi asan deyil.
Bazar tamamilə dolub. Kiminsə yeri boşalsa, ancaq o zaman yeni işçi götürülür.
Bütün bunlardan başqa, şəxsən Azərbaycandan gələn ailələr tanıyıram ki, dövlətin sığınacaq evləri olmasa, küçədə qalacaqlar.
Elələri də var ki, Bakıda qohumlarından pul göndərməsələr, buradakı aylıq xərclərini qarşılaya bilməzlər.