Kanadada yəhudi məhəlləsində atışma: ölənlər var

23.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kanadanın Monreal şəhərinin Kot-de-Nej rayonunun Dekabri bulvarında naməlum şəxs tüfənglə ətrafa atəş açıb.

Axar.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Atışma nəticəsində azı 3 nəfər – polis əməkdaşı, dinc sakin və şübhəli şəxs ölüb.

Şübhəli polislər tərəfindən zərərsizləşdirilib.

Atışmada bir polisin də yaralandığı bildirilib.

Məlumata görə, sözügedən rayonda yəhudi icmasının üzvləri yaşayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью