Kanadadakı yanğınlara görə DÇ 2026 nın finalı təxirə salınacaq?

18.07.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Kanadada baş verən meşə yanğınları səbəbindən Nyu-York və onun ətrafını bürüyən qatı tüstüyə baxmayaraq, DÇ-2026-nın finalını başqa tarixə keçirməyi planlaşdırmır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, mövcud vəziyyətlə əlaqədar FIFA nümayəndələri ilə Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun rəhbəri Endryu Culiani arasında qeyri-rəsmi müzakirələr aparılıb.

"Bloomberg" qeyd edir ki, sinoptiklərin proqnozlarına əsasən, iyulun 18-də havanın keyfiyyətinin bir qədər pisləşməsi gözlənilsə də, ayın 19-na duman böyük ölçüdə çəkiləcək.

Dünya çempionatının həlledici qarşılaşması Nyu-Yorkun yaxınlığında yerləşən İst-Raterforddakı (Nyu-Cersi ştatı) "Metlife" stadionunda baş tutacaq.

İyulun 17-si səhər saatlarında Nyu-Yorkda havanın keyfiyyət indeksi "sağlamlıq üçün zərərli" kimi qiymətləndirilən 166 səviyyəsində qeydə alınıb. Hazırda isə bu göstərici 67-yə qədər enib ki, bu da orta çirklənmə səviyyəsi hesab olunur.

Qeyd edək ki, DÇ-2026-nın finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həlledici qarşılaşmada Argentina və İspaniya milliləri üz-üzə gələcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью