Kanadadan çağırış: Trampın G7 sammitində iştirakını qadağan edin

27.02.2025

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kanadanın müxalif Yeni Demokratiya Partiyasının (NDP) lideri Caqmit Sinq ABŞ prezidenti Donald Trampı G7 sammitində iştirakına qadağa qoymağa çağırıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sinq Kanadanın bu il G7 Sammitinə sədrliyi ilə bağlı qiymətləndirmələr aparıb.

Sinq "demokratiya, suverenlik və qlobal sabitliyə qarşı təhdidləri” əsas gətirərək Trampın G7 Sammitində iştirakına qadağa qoyulmasını tələb edib.

"Bizim demokratiya və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?" ifadələrdən istifadə etdi.

Trampın hərəkətləri və siyasətinin beynəlxalq təşkilatlara ziyan vurduğunu qeyd edən Sinq, G7 Zirvəsinin "Trampın dünya üçün təhdidlərinə qarşı çıxmaq, müttəfiqlərlə birgə işləmək fürsəti” olduğunu bildirib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью