Kanadadan Trampın Qrenlandiya həmləsinə sərt cavab

06.02.2026

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kanada, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək həmləsinə cavab olaraq adanın paytaxtı Nuukda ilk diplomatik nümayəndəliyini açıb.

Metbuat.az xəbər verir ki, general-qubernator Meri Saymon və xarici işlər naziri Anita Anandın da daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti diplomatik nümayəndəliyin açılışı üçün bölgəyə səfər edib. Məlumata görə, Kanada nümayəndə heyətini sahil mühafizə gəmisi müşayiət edib.

Qeyd edək ki, Fransa da Qrenlandiyanın paytaxtı Nuukda öz konsulluğunu açaraq bölgədə diplomatik mövcudluğunu elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью