Kanadalı elm adamlarına ABŞ a vacib olmayan səyahət etməmələri barədə xəbərdarlıq edilib

16.04.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Kanada Universitet Müəllimləri Assosiasiyası (CAUT) elm adamlarına ABŞ-a "lazımsız" səyahətlərdən çəkinmələri barədə xəbərdarlıq edib.

Bizimyol.ubfo xəbər verir ki, bu barədə CAUT-un saytında məlumat verilib.

“Akademiklər sərhədləri keçərkən elektron cihazlarında hansı məlumatlara sahib olduqlarını və ya olması lazım olduğunu diqqətlə nəzərdən keçirməli və zəruri hallarda həssas məlumatları qorumaq üçün tədbirlər görməlidirlər”, - deyə xəbərdarlıq mətnində qeyd edilib.

Açıqlamada, ABŞ-da "sürətlə inkişaf edən siyasi mənzərə" və sərhədi keçməkdə qarşılaşılan çətinliklər səbəbindən akademiklərə ölkəyə yalnız əsas məqsədlər üçün səfər etmələri tövsiyə edilib.

Bəyanatda bəzi akademiklərin səyahət xəbərdarlığına “xüsusi diqqət yetirmələri” lazım olduğu bildirilib və buna misal olaraq “Mövcud ABŞ administrasiyasının siyasətləri haqqında mənfi fikirlər ifadə edənlər” və “araşdırmaları ABŞ administrasiyasının mövqeyinə zidd görünə bilənlər” göstərilib.

CAUT-un saytındakı məlumata görə, assosiasiya 72.000-dən çox akademik, kitabxanaçı və tədqiqatçıları təmsil edir.

Ölkə mediasındakı xəbərlər, ABŞ Gömrük və Sərhəd Mühafizəsi məlumatlarının keçən ilin eyni ayında ölkəyə daxil olanlarla müqayisədə 2025-ci ilin mart ayında Kanadadan ölkəyə daxil olanların sayında təxminən 32 faiz azalma olduğunu göstərib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью