Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır. Fransanın "Lill" klubunun hücumçusu Conatan Devid karyerasını İngiltərə nəhəngində da
Fanat.Az xəbər verir ki, informasiyanı "Transfer Feed" yayıb.
Mənbənin məlumatına görə, sözügedən oyunçunun xidmətində "Arsenal" maraqlıdır.
Mənbə London təmsilçisinin bu yay müqaviləsinin müddəti başa çatacaq forvarda tezliklə təklif göndərməyi hədəflədiyini vurğulayıb.
Ön xətt oyunçusunu digər İngiltərə klublarının - "Mançester Siti" və "Mançester Yunayted"in də istədiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Devid 2020-ci ildən "Lill"in uğurları üçün çalışır.
25 yaşlı kanadalı cari Liqa 1 mövsümündə 22 matçda 13 qol vurub (6-sı penaltidən) və 3 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.