Icma.az, Axar.az saytına istinadən bildirir.
Latviyada “Avropanın təhlükəsizliyinin təminatı təşəbbüsü” təlimində iştirak edən kanadalı hərbçi ölüb.
Axar.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
Latviyada təlimdə iştirak edən Kanada Silahlı Qüvvələrinin üzvü artilleriyaçı Sebastian Halmagean 29 yanvarda Seri hərbi bazasındakı Labrie düşərgəsində vəfat edib”, - məlumatda qeyd olunub.
Hərbçinin ölüm səbəbi açıqlanmayıb.