Kanadalı hokkeyçi Stenli Kubokunun tarixinə düşdü VİDEO

07.06.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Veqas Qolden Nayts" hokkey klubunun kanadalı hücumçusu Mitçell Marner Stenli Kubokunun finalları tarixində ən sürətli het-trikə imza atıb.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının (NHL) mətbuat xidməti məlumat yayıb.

29 yaşlı kanadalı Marner "Karolina Harrikeynz"ə qarşı keçirilən matçda 6 dəqiqə 10 saniyə ərzində üç şayba vuraraq Moris Rişarın rekordunu təzələyib.

Səkkizqat Stenli Kubokunun sahibi Rişar 1957-ci ilin pley-off finalında üç şaybanı 6 dədiqə 21 saniyəyə vurmuşdu.

Marner, həmçinin NHL tarixində final seriyası matçının bir dövrəsində dörd (3+1) xal toplamağı bacaran ikinci hokkeyçi olub. Daha əvvəl bu nailiyyətə yalnız 1919-cu ildə Frenk Foyston imza ata bilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью