Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Yuventus”un futbolçusu Conatan Devid karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko” kanadalı hücumçunu icarəyə götürmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Klublar arasında danışıqlar artıq son mərhələdədir. Devid özü də İspaniyada oynamağa müsbət yanaşır. “Atletiko” yaxın zamanda keçidi tamamlamaq niyyətindədir.
Devid 2025-ci ildən “Yuventus”da forma geyinir. O, 34 oyunda 6 qol vurub.