Kanadalı iştirakçı: Çirklənmədən əziyyət çəkən ölkələri dəstəkləmək üçün üzərimizə məsuliyyət götürməliyik AZƏRTAC

21.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

"Çirklənmədən əziyyət çəkən Qlobal Cənub ölkələrini dəstəkləmək üçün üzərimizə məsuliyyət götürməliyik".

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un Kanadadan olan iştirakçısı Qreqor Robertson deyib.

O, Kanadanın da digər ölkələr kimi dağıdıcı təsirlərdən, xüsusilə, şimaldakı meşə yanğınlarından, nəhəng daşqınlardan əziyyət çəkdiyini bildirib: "Vankuver şəhərində 2021-ci ildə iki gündə 600 nəfərin ölümünə səbəb olan dəhşətli istilər oldu. Bu təsirlərlə mübarizə aparmaq üçün çox çalışmalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью