Kanadalı nazirlər Tramp administrasiyası ilə məsləhətləşmələr üçün ABŞyə səfər edəcək

27.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Kanadanın xarici işlər naziri Melani Coli və maliyyə naziri Dominik Leblan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşmək üçün ABŞ-yə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “CTV” məlumat yayıb.

Bildirilib ki, Coli və Leblan noyabrda Baş nazir Castin Trüdonun Trampla müzakirə etdiyi məsələlərlə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью