Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyənləşdirib

10.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Kanadalı idmançı Sammer Makintoş üzgüçülük üzrə dünya çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə baş tutan mundialda 3 dəqiqə 50,25 saniyə nəticə göstərərək dünya rekordu qırıb.

Əvvəlki dünya rekordu (2022) Li Bingjieyə məxsus idi. Çinli üzgüçü həmin məsafəni 3 dəqiqə 51,30 saniyəyə qət etmişdi.

Qeyd edək ki, 18 yaşı olan S.Makintoş üçqat Olimpiya çempionudur və Paris-2024-də gümüş medal qazanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью