Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Kanadada keçirilən yeni sorğu ölkə vətəndaşlarının ABŞ-nin siyasətindən ciddi narahatlıq duyduğunu ortaya qoyub.
BAKU.WS xəbər verir ki, Kanadanın "Abacus Data" araşdırma şirkətinin açıqladığı nəticələrə görə, respondentlərin 80%-i ABŞ-ın yanlış istiqamətdə irəlilədiyini düşünür. Yalnız 14% ABŞ-ın düzgün yolda olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 47%-i Kanadanın düzgün istiqamətdə inkişaf etdiyini desə də, 39% əks fikirdə olub.
Şirkətin rəhbəri Devid Koletto bildirib ki, kanadalılar iqtisadi qeyri-müəyyənlik və bahalaşma ilə bağlı narahatlıqların əsas səbəbi kimi daxili siyasətdən daha çox ABŞ-dakı vəziyyəti və qlobal sabitsizliyi görürlər.
Sorğunun nəticələri Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən və Mark Karninin Kanadanın baş naziri vəzifəsinə başlamasından sonra ABŞ-a münasibətdə narahatlığın artdığını göstərir.
Eyni zamanda, Kanada federal hökumətinin fəaliyyətini dəstəkləyənlərin nisbəti 59%, narazı olanların payı isə 27% təşkil edib.