Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kanada hökumətinin ABŞ-ın təxminən 20 milyard dollar dəyərində Kanada məhsullarına tətbiq etdiyi 50 faiz tariflərə cavab olaraq elan etdiyi cavab tarifləri qüvvəyə minib.
“New York Times” (NYT) qəzetinin məlumatına görə, ABŞ və Kanada arasında ticarət gərginliyindən sonra Kanada Vaşinqtonun tətbiq etdiyi tariflərə cavab olaraq müxtəlif ABŞ məhsullarına gömrük rüsumları tətbiq etməyə başlayıb.
Geyim, pendir, metal hissələr və taxta məmulatları da daxil olmaqla 20 milyard dollar dəyərində ABŞ məhsullarına tətbiq edilən cavab tarifləri bu gün qüvvəyə minib. İyulun 21-də ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı “ayrı-seçkilik” tətbiq etdiyini iddia edərək Kanadadan idxal edilən bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Kanada həmçinin 25 avqustda ABŞ-ın təxminən 20 milyard dollar dəyərində Kanada mallarına tətbiq etdiyi 50 faiz tariflərə cavab olaraq, 8 sentyabrdan etibarən müvafiq ABŞ tariflərinə uyğun olaraq 15 faiz, 25 faiz və ya 50 faiz tariflər tətbiq edəcəyini açıqlayıb.
M.MİRZƏ
XQ