Kanadanın baş naziri ABŞ nin yeni tariflərini qeyri qanuni adlandırıb

04.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Kanadanın baş naziri Mark Karni Amerikanın yeni tariflərini qeyri-qanuni və əsassız adlandırıb.

Bu barədə hökumət başçısı jurnalistlərə deyib.

"Amerikanın polad və alüminiuma tətbiq etdiyi son rüsumlar əsassız və qeyri-qanunidir. Ottavaya cavab verməzdən əvvəl bir az vaxt lazımdır, amma çox deyil”, – deyə o bildirib.

Karni izah edib ki, Kanada hazırda ABŞ ilə tariflər üzrə danışıqları davam etdirir və Vaşinqtonun hərəkətləri, konkret olaraq Kanadaya qarşı yönəlməyib, qlobal xarakter daşıyır.

/Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью