Kanadanın Baş naziri Ağ Evdə ABŞ Prezidenti ilə görüşəcək

03.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 3 oktyabr, AZƏRTAC

Kanadanın Baş naziri Mark Karni Ağ Evdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla görüşəcək.

AZƏRTAC-ın məlumatına görə, görüş oktyabrın 7-si olacaq.

Görüşün iki ölkə arasında ticarət məsələsi və Donald Trampın Kanadanı 51-ci ştat adlandırması ilə bağlı gərginlik fonunda keçirilməsi gözlənilir.

Bu, Mark Karninin Kanadanın Baş naziri kimi ABŞ-a ikinci səfəridir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью