Kanadanın Baş naziri istefa verir AZƏRTAC

06.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 yanvar, AZƏRTAC

Kanadanın baş naziri Castin Trüdo Liberal Partiyasının liderliyindən istefa verəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Kanada mediası yazıb. Trüdonun dərhal gedəcəyi, yoxsa yeni lider seçilənə qədər Baş nazir vəzifəsində qalacağı hələlik məlum deyil. O, 2013-cü ildə partiyanın dərin problem içində olduğu və ilk dəfə parlamentin aşağı palatası olan İcmalar Palatasında üçüncü yerə düşdüyü vaxtda Liberal Partiyasının lider vəzifəsini tutub.

Keçirilən sorğuya əsasən oktyabrın sonuna qədər keçirilməsi planlaşdırılan seçkidə liberallar mühafizəkarlara böyük fərqlə uduzacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью