Kanadanın baş naziri Trampın tarif siyasətinə qarşı mübarizə aparacağını vəd edib

03.04.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kanadanın baş naziri Mark Karni hökumətin ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflərə qarşı çıxacağını və zərər çəkmiş işçilərə dəstək verəcəyini bildirib.

Bu barədə CBC telekanalı xəbər verir.

KArni hökumətin "bu tariflərə qarşı əks tədbirlərlə mübarizə aparacağını" söyləyib, baxmayaraq ki, o, bu hərəkətlərin nə ola biləcəyi barədə ətraflı məlumat verməyib.

“Böhran zamanlarında birləşmək, məqsədyönlü və qətiyyətlə hərəkət etmək vacibdir”,- o qeyd edib.

Trampın elan etdiyi qlobal qarşılıqlı tariflərdən danışan Karni "beynəlxalq ticarət sistemini əsaslı şəkildə dəyişdirəcəklərini" bildirib.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью