Kanadanın Baş naziri Trampla gələn həftə görüşəcək

03.10.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Vaşinqtonda Kanadanın Baş naziri Mark Karni ilə görüşməyi planlaşdırır.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, görüşdə iqtisadi və təhlükəsizlik məsələləri müzakirə mövzusu olacaq.

Qeyd edək ki, rəsmi Ottava artıq bir neçə aydır ABŞ ilə Kanada mallarına tətbiq edilən bütün rüsumların ləğvinə yönəlmiş yeni iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparır, lakin bu danışıqlar dalana dirənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью