Kanadanın baş naziri: Türkiyə “son dərəcə vacib NATO müttəfiqi”dir

12.06.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kanadanın Baş naziri Mark Karni Türkiyəni “son dərəcə vacib NATO müttəfiqi” və “əhəmiyyətli regional güc” adlandırıb. Torontoda jurnalistlərə açıqlama verən Karni Kanada ilə Türkiyə arasındakı münasibətlər haqqında danışıb.

Məlumatı “Anadolu” verib. 

Baş nazir vurğulayıb ki, Türkiyə NATO-nun son dərəcə vacib müttəfiqidir. Onun sözlərinə görə, Türkiyə Balkanlardan Yaxın Şərqə, Qafqaza və ondan kənara qədər uzanan geniş bir bölgədə əsas rol oynayır.

Karni qeyd edib: “Regional baxımdan Türkiyə regionun ən vacib strateji tərəfdaşlarından və ən nüfuzlu dövlətlərindən biridir”.

O, həmçinin iki ölkə arasında münasibətlərin möhkəmlənməkdə davam etdiyini bildirib.

Baş nazir qeyd edib ki, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO liderlərinin zirvə toplantısında iştirak edəcək və ilin sonlarında yenidən Türkiyəyə səfər edəcək.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью