Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Kanadanın Baş naziri Mark Karni İsrail və HƏMAS arasında atəşkəslə bağlı əldə olunan razılaşmanı alqışlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün tərəfləri atəşkəs razılaşması kontekstində ədalətli və davamlı sülhə nail olmağa çağırıb.
Karni bəyan edib ki, Kanada sazişin şərtlərinin sürətlə yerinə yetirilməsinin tərəfdarıdır.
“Prezident Trampı mühüm liderliyinə görə təbrik edirəm və danışıqlarda göstərdikləri dəstəyə görə Qətər, Misir və Türkiyəyə təşəkkür edirəm. İllərlə davam edən gərgin əzablardan sonra nəhayət sülh mümkün görünür”, - deyə Kanadanın Baş naziri bildirib.
İbrahim Cəfərov