Kanadanın hakim Liberal Partiyasının yeni lideri martın 9da seçiləcək

10.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Kanadanın hakim Liberal Partiyasının lideri və ölkənin Baş naziri Castin Trüdo vəzifəsindən istefa verib.

APA xəbər verir ki, yanvarın 6-da istefa verən Trüdo yeni lider seçildiyi zaman Baş nazir postunu tərk edəcəyini açıqlayıb.

Kanada Liberal Partiyasının liderinin seçilməsi prosesi isə martın 9-da baş tutacaq.

Partiyanın lideri seçiləcək şəxs həm də ölkənin Baş naziri postunu tutaraq hökumətə rəhbərlik edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью