Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı

11.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Kanadanın sabiq baş naziri Castin Trüdo istefa verdikdən sonra İcmalar Palatasındakı kreslosunu da özü ilə aparıb.
Yeniavaz.com
xəbər verir ki, siyasətçinin fotosunu “Reuters” agentliyi yayıb.
Belə ki, martın 10-da Trüdo Liberal Partiyasının lideri və baş nazir vəzifəsindən istefa verdikdən sonra Kanada parlamentinin üzvü kimi İcmalar Palatasının yekun iclasına sədrlik edib. İclas bağlandıqdan sonra siyasətçi parlament ənənəsinə uyğun olaraq kreslosunu özü ilə aparıb.
Trüdo həmçinin yeni partiya lideri və Kanadanın baş naziri Mark Karniyə rəhbərliyin təhvil-təslim mərasimi üçün görüşüb. Buna baxmayaraq, Trüdo Karni rəsmi olaraq ölkənin Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra etməyə başlayana qədər öz vəzifəsində qalacaq.
Qeyd edək ki, Trüdo 2013-cü ildən Kanada Liberal Partiyasına, 2015-ci ildən isə ölkə hökumətinə rəhbərlik edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью