Kanadanın yeni baş naziri: Kanada heç vaxt ABŞ nin ştatı olmayacaq

15.03.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanadanın yeni baş naziri Mark Karni ölkəsinin heç vaxt, heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağını deyib.

APA xəbər verir ki, Karni ölkənin 24-cü baş naziri kimi and içdikdən sonra jurnalistlərə açıqlama verib.

"Mən açıq şəkildə bildirdim ki, biz heç vaxt heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağıq. Amerika Kanada deyil".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə kanadalıların çoxunun ölkəsini ABŞ-nin 51-ci ştatı olmasının tərəfdarı olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью