Kanala düşən maşın tapıldı, ölən var VİDEO

30.06.2026

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi Göyçayın Cəyirli kəndindən keçən hissəsində olan Yuxarı Şirvan Kanalına "KİA" markalı maşınla "VAZ-2106" markalı minik maşını toqquşaraq düşüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, su kanalına düşən avtomobil tapılıb və sudan çıxarılıb. İlkin verilən məlumata görə, "VAZ-2106" markalı maşının sürücüsü (kişi) hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Davud Tarverdiyev / Metbuat.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью