Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gün axşam saatlarında Ağdaşın Qoşavovaq kəndinin ərazisində kanalda batan 14 yaşlı Vüqar Zakirlinin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisədən sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***09:48 Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb. "Unikal" xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
Nəticədə yeniyetmə suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.