Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı YENİLƏNİB

12.12.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

"Unikal" xəbər verir ki, axtarışlardan sonra 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti tapılararaq sudan çıxarılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.

***09:48

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью