Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Beyləqan rayonunda kanalda batan şəxsin kimliyi məlum olub.
“Qafqazinfo”nun xəbərinə görə, kanalda batan şəxsin 2007-ci il təvəllüdlü Hüseynli Rəvanə Rəşad qızı olduğu müəyyənləşib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu Rəvanə Hüseynlinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir.
Hadisənin digər təfərrüatları araşdırılır.
Ziya Əmirxanlı