Kanalda batan Azərbaycan çempionunun meyiti tapılıb

17.07.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdaşda kanalda batan 17 yaşlı Azərbaycan çempionunun meyiti tapılıb. Sport24.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dəniz Süleymanlı idmanın alpaqut növü üzrə Azərbaycan çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью