Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.