Kanalda çimmək istəyən zaman vəfat edən Murad VİDEO

13.07.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ağdaşda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. Kanalda çimmək istəyən yeniyetmə boğulub.

Metbuat.az xəbər verir ki, hadisə Ağdaşın Ləki qəsəbəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 14 yaşlı Murad Bakirli su kanalında çimərkən batıb. Ətrafdakılar xəbər tutandan sonra yaxınlarını çagırsalar da, artıq gec olub.

Qonşuların dediyinə görə, Murad evin yeganə oğlu olub.

O, Ləki qəsəbə 6 nömrəli məktəbin 8-ci sinif şagirdi idi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью