Kanaldan su götürmək istədi, boğulub öldü

29.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.

Modern.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib.

Kənd sakini Ağa Məmmədov Suqovuşandan gələn kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun meyiti düşdüyü yerdən aralıda sakinlər tərəfindən aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью