Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
İki gün öncə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşən kişinin real görüntüləri yayılıb. Bu barədə Avtosfer.az-a həmin şəxsin yaxınları məlumat verib. Belə ki, hadisə zamanı asfalt örtüyü qəfil çöküb və həmin şəxs oraya yıxılıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.
Fərid