Kanalizasiya quyusu daşdı, çirkab sular “Xalqlar dostluğu” metrostansiyasına doğru axdı VİDEO

24.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bura Nizami rayonu, Qara Qarayev prospektinin “beş addımlığı”ndakı Babək prospektidir.
Musavat.com-un əməkdaşı bu gün, dekabrın 24-ü burada arzuolunmaz mənzərə ilə üzləşib.
Sovet dövründə tikilmiş kooperativ evlərdən birinin yanındakı kanalizasiya quyusunun daşması nəticəsində çirkab sular böyük bir ərazini üfunətə qərq edib.
Bizim.Media xəbər verir ki, sakinlər mövzuya münasibət bildiriblər.
Onların sözlərinə görə, bu vəziyyət iki gündür davam edir, səslərini eşidən, zəng etmələrinə baxmayaraq, tədbir görən yoxdur.
Ərazidəki obyekt sahibləri də vaxtaşırı üzləşdikləri bu problemin nəhayət həll olunmasını istəyirlər.
Ümid edək ki, nəhayət, əlaqədar təşkilatlar bu arzuolunmaz vəziyyətin aradan qaldırılmasından ötrü ciddi tədbirlər görəcəklər.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью