Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16.08.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəhəng borudan təmizlənməmiş tullantı suları paytaxtda istirahət edənlərin çox sevdiyi Bakının Bilgəh kəndinin çimərliyinə axıdılır.

Ölkə.Az "Kalibr"a istinadən xəbər verir ki, yerli sakinlər bu məhəllədə heç bir kanalizasiya sistemi infrastrukturunun olmadığını bildirirlər.

Buradakı tullantı suları birbaşa dənizə axıdılır ki, bu da sağlamlıq üçün təhlükəlidir.

Ancaq görünür, bu, istirahət edənləri çox narahat etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью