Kanalizasiya xətlərinin təmirinə görə vətəndaşlar avtobusu yolun ortasında gözləyir VİDEO …
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Paytaxtın Binəqədi rayonunda vətəndaşlar yol infrastrukturu ilə bağlı müəyyən çətinlikl
Avtosfer.az xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində səki dağıdılıb və bu səbəbdən piyadalar məcburən maşın yolundan istifadə etməyə baş
Rəşid İsmayılov küçəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.
Vətəndaşlar bildirirlər ki, səkidən istifadə edə bilmədikləri üçün hərəkət zamanı ciddi təhlükə yaranır.
Bundan əlavə, səkidə yerləşən dayanacağın da sökülməsi nəticəsində insanlar avtobusu birbaşa yolun kənarında gözləməyə məcbur qalırlar.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, qeyd edilən ünvanda kanalizasiya xəttinin yenilənməsi prosesi həyata keçirilir.
Qazıntı işləri başa çatdıqdan sonra piyada səkisi yenidən bərpa olunacaq.
Tam oxu
Xəbəri oxu