Kanar adaları İsrailə görə Vuelta nı qəbul etmək istəmir

16.09.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin "İsrail-Premier Tech" komandası yarışlarda iştirak edərsə, Kanar adaları 2026-cı il "Vuelta a Espana" veloyürüşünün mərhələlərini qəbul etməkdən imtina edəcək.

Bunu "Qran Kanariya" İcmasının prezidenti Antonio Morales deyib.

"Mütləq əminliklə deməliyəm ki, əgər İsrail iştirakçıdırsa, mərhələlər baş tutmayacaq. Kanariya İcması nə idmanda, nə də başqa şəkildə soyqırıma göz yummağa hazır deyil. Beləliklə, yaxın aylarda nə baş verəcəyini görəcəyik, lakin İsrailin iştirakı olsa, Kanariya "Vueltaya ev sahibliyi etməyəcək”, - deyə Morales bildirib.

Daha əvvəl 2025-ci il "Vuelta" veloyürüşü zamanı yarışın bir neçə mərhələsi İsrail əleyhinə etirazlar səbəbindən pozulub və bu, yarışların erkən bitməsinə səbəb olub. İsrailin "İsrail-Premier Tech" komandası adını IPT olaraq qısaldıb və ölkənin adı da idmançıların formalarından çıxarılıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью