Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Balakən rayonunun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən kanat yolu artıq uzun illərdir fəaliyyət göstərmir. 2008-ci ildə istifadəyə verilən və təxminən 10 il ərzində sakinlərə və turistlərə xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən istismardan kənarda qalıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, bu cür obyektlər bir rayonun “görünən siması” hesab olunur və onların uzun müddət fəaliyyətsiz qalması təkcə texniki deyil, ciddi sosial-iqtisadi nəticələrə də səbəb olur:
“Belə obyektlərin işləməməsi regionun turizm potensialına birbaşa təsir edir. Balakəndə kanat yolunun fəaliyyətsiz qalması bir neçə istiqamətdə mənfi nəticələr yaradır”.
Ekspertin sözlərinə görə, ilk növbədə rayonun turizm cazibəsi azalır:
“Kanat yolu Balakənə gələn turistlər üçün fərqli və yadda qalan təcrübə idi. Onun bağlanması rayonun digər dağlıq bölgələrlə rəqabət imkanlarını zəiflədir və turistlərin alternativ, daha geniş imkanlar təqdim edən istiqamətlərə yönəlməsinə səbəb olur. Nəticədə Balakən turizm xəritəsində öz üstünlüklərindən birini itirir”.
Rəhman Quliyev qeyd edib ki, kanat yolunun fəaliyyət göstərməməsi parkın funksionallığını da məhdudlaşdırır:
“Bu halda park sadəcə adi gəzinti məkanına çevrilir. Halbuki kanat yolu ərazini aktiv istirahət və ailəvi əyləncə mərkəzi kimi formalaşdırırdı. Bu funksiyanın sıradan çıxması ziyarətçi sayının azalmasına gətirib çıxarır. Dolayısı ilə turist axınının azalması iaşə obyektlərinə, kiçik ticarətə, nəqliyyat və xidmət sahələrinə mənfi təsir göstərir və yerli iqtisadiyyatda itkilər yaradır”.
Ekspert əlavə edib ki, bu cür vəziyyət cəmiyyətdə mənfi düşüncələrin formalaşmasına da səbəb olur:
“İnsanlarda ‘tikildi, amma yarımçıq qaldı’ təəssüratı yaranır ki, bu da gələcək layihələrə ictimai inamı zəiflədir. Halbuki kanat yolu daimi texniki baxım tələb edən mürəkkəb bir sistemdir. Onun uzunmüddətli və təhlükəsiz istismarı üçün ixtisaslı kadrların hazırlanması, ehtiyat hissələrinin təminatı və texniki xidmət mexanizmləri əvvəlcədən planlaşdırılmalı idi”.
Qeyd edək ki, Balakəndə kanat yolunun uzun illərdir fəaliyyət göstərməməsi rayonun turizm və iqtisadi potensialının tam reallaşmasına mane olur və bu məsələ ilə bağlı konkret addımların atılması zəruri hesab edilir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, bu cür obyektlər bir rayonun “görünən siması” hesab olunur və onların uzun müddət fəaliyyətsiz qalması təkcə texniki deyil, ciddi sosial-iqtisadi nəticələrə də səbəb olur: