Kandido: “Heç kimdən qorxmuruq”

16.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Nəticəyə görə çox xoşbəxtəm. Futbolçular bu qələbəyə layiq idi. Həmişə daha çox çalışmağın bəhrəsini verəcəyinə inanıram. Oyundan-oyuna artırmağımız gözləniləndir. Bəzən qələbədən sonra futbolçularda arxayınlıq yaranır. Ötən matçdan sonra futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Bugünkü görüşə yaxşı başlamadıq. Rəqib 4 orta xətt oyunçusu ilə meydana çıxmışdı. Bu, bizim üçün sürpriz oldu. İlk 10 dəqiqə rəqibi necə bağlayacağımızı düşünürdük. “Araz-Naxçıvan”ın fərdi bacarıqları olan futbolçuları var. Biz də axmaq top itkisindən sonra rəqibə qol imkanı verdik. Fasilədə bəzi şeyləri dəyişdik. Komandamız çox-çox yaxşı oynadı. Bəzi anlarda birəbir pressinq tətbiq etdik.

– İlk hissənin əvvəlində qorxaq futbol oynayırdınız. Qoldan sonra isə cəsarətli idiniz. Bu, əvvəldən düşünülmüş plan idi?
– Heç kimdən qorxmuruq, bütün rəqiblərə hörmətlə yanaşırıq. İlk dəqiqələrdə diqqət əskikliyi var idi və qoldan sonra ayıldıq. Bəzi dəyişikliklərə baxmayaraq, öz oyun üslubumuza qoruduq.

– Bu gün Nihad Əhmədzadəni hücumun mərkəzində oynatdınız. Bunu daha əvvəl yoxlamışdınız?
– Birdən-birə komandanın iki hücumçusunu itirmək asan deyil. Nihad gəncdir, çox yaxşı futbolçu olmağa layiqdir. Bəzi məqamlarda ağıllı oynayır. Sadəcə fiziki baxımdan yaxşı deyil. Getdikcə daha güclü olacağına inanıram.

– Növbəti tur “Zirə” ilə qarşılaşacaqsınız. 6 ildir, bu rəqibə qalib gələ bilmirsiniz. Onları məğlub etməyin “reseptini” tapacaqsınız?
– Onların oyunlarına baxmışam, bu həftə təhlillərimiz olacaq. Daim növbəti matç haqqında düşünürəm. Statistikadan xəbərim yox idi, çalışacağıq seriyanı qıraq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью