Kandreva 38 yaşında karyerasını bitirdi

19.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya millisinin və “İnter”in sabiq futbolçusu Antonio Kandreva karyerasını bitirib.

"Unikal" xəbər verir ki, keçmiş yarımmüdafiəçi 38 yaşında yaşıl meydanlarla vidalaşıb. Onun son klubu ötən ilin yayında ayrıldığı “Salernitana” olub.

Futbolçu “Latsio” və “İnter”in heyətindəki çıxışı ilə daha çox tanınıb.

Qeyd edək ki, Antonio Kandreva İtaliya millisinin heyətində 54 oyunda 7 qolla yadda qalıb. O, 2014-cü ildə Braziliyada keçirilmiş dünya və 2016-cı ildə Fransada təşkil edilmiş Avropa çempionatlarında iştirak edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью