Kane: “Hələ də baş verənləri tam dərk etməmişəm”

31.10.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Kane: “Hələ də baş verənləri tam dərk etməmişəm”

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazanması ilə bağlı hisslərini bölüşüb.

QOL.az xəbər verir ki, futbolçu “France Football” nəşrinə açıqlamasında bu nüfuzlu mükafatın əhəmiyyətini hələ tam dərk etmədiyini bildirib.

“Düşünürəm ki, hələ də baş verənləri tam dərk etməmişəm. Bunu anlamağa çalışıram. Düzünü desəm, belə böyük mükafatın əhəmiyyətini tam qiymətləndirmək çox çətindir. Xüsusilə də hələ aktiv futbolçu olduğun zaman.

Məhz belə mərasimlərdə Kriştiano Ronaldo, Messi və keçmişin bütün böyük əfsanələrini görəndə bunun əslində nə demək olduğunu anlamağa başlayırsan”, – deyə Keyn bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью