Kann Festivalında gərginlik Bu hadisə iştirakçıları qorxudub

24.05.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Fransanın Kann şəhərində keçirilən 78-ci Kann Film Festivalı zamanı elektrik kəsintisi baş verib. Kəsinti təkcə festivalın keçirildiyi Kann şəhərini deyil, həm də Dənizkənarı Alplar bölgəsini əhatə edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, elektrik kəsintisi 160 mindən çox evi işıqsız qoyub. Kəsintinin səbəbi hələlik məlum deyil. Festivalın ən önəmli anlarından biri olan vaxtda baş verən hadisə iştirakçılar və tamaşaçılar arasında narahatlıq yaradıb.

Hadisənin səbəbləri barədə araşdırmalar davam edir.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью